Ölkə futbolu
AFFA təzyiq, Yunis Hüseynov etiraz edir
AFFA daha bir sevimlisini “Kəpəz”ə yerləşdirmək ist?…
AFFA daha bir sevimlisini “Kəpəz”ə yerləşdirmək istəyir. Yaşar Vahabzadədən sonra, onunla əbədi duet olan Babək Alxasovun da Gəncədə çalışması mümkündü.
“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov hazırda yeni köməkçi axtarır. O, özünə fiziki hazırıq üzrə yardımçı götürmək niyyətindədi. Ölkədə bacarıqlı mütəxəssis azdı, əcnəbi gətirməyə isə büdcə imkan vermir. Bu səbəbdən klubun maliyyəsini təmin edən AFFA Alxasovu Vahabzadənin arxasınca göndərmək niyyətindədi.
Hələlik Hüseynov bu təyinata etiraz edir. O, Vahabzadənin xahişini də nəzərə almayıb. Yunis bəy vaxtilə “Dinamo”dan qovulan bu məşqçinin əməllərindən xəbərdardı.
Deyilənlərə inansaq, Babək bəy 1999-cu ildə “Şəmkir”lə gizli sövdələşməyə gedib, Vahabzadənin vasitəsi ilə bir çox futbolçuları da bu “oyun”a cəlb etmək istəyib. Lakin paytaxt klubunun rəhbərliyi plandan duyuq düşüb, Alxasovu komandadan kənarlaşdırıb. Ondan sonra UEFA kubokuna vəsiqə uğrunda mübarizədə “Dinamo” “Şəmkir”i özündən irəli buraxmayıb.
İndi belə bir dosyesi olan adamı Hüseynovun yaxına buraxmaması tamamilə gözləniləndi. Görək o, təzyiqlərə nə vaxta qədər tab gətirəcək?
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?