Ölkə futbolu
“Səbail” daha bir futbolçu ilə vidalaşdı – RƏSMİ
Topaz Premyer Liqasının debütantı “Səbail” daha b…
Topaz Premyer Liqasının debütantı “Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Murad Musayevin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.
“Səbail” futbol klubu Murad Musayeva gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Musayev “Səbail”ə 2017-ci ilin yayında “Qəbələ”dən transfer edilmişdi.