Bizi izləyin

Müsahibə

Səmədağa Şıxlarov: "Kül futbolumuzun başına ki, Elxan Məmmədov…"

Xeyli müddətdi veteran futbolçu Səmədağa Şıxlarovdan…

blank

Xeyli müddətdi veteran futbolçu Səmədağa Şıxlarovdan xəbər yox idi. Onun "Neftçi"dən ayrılmasından sonra nə ilə məşğul olduğu, futbolda, yoxsa ondan kənarda qaldığı maraqlı idi. Sonradan məlumat əldə etdik ki, veteran futbolçunu həndbola calayıblar. Daha doğrusu futbolda onu görmək istəməyənlər başını qatıb özü üçün girələnməsi üçün həndbola göndərib. Halbuki bu vaxtilə Azərbaycan futbolunda, xüsusən də "Neftçi"də sözünü demiş bir insana qarşı haqsızlıqdı. Futbolumuzda belə veteranlara ehtiyac olduğu bir zamanda onu və onun kimi digər veteranları kənarlaşdırmaq hətta, deyərdik ki, ən ədalətsiz addımdı.

Bu mənada Səmədağa bəylə söhbətləşib nə işlə məşğul olduğunu soruşduq. Mütəxəssis müsahibəsində bunları söylədi.

– Səmədağa bəy haralardasız, nə işlə məşğulsuz? "Neftçi"dən ayrılandan sonra hara getdiz?
– Siz bilməmiş olmazsız. Gərək soruşardız ki, həndbolda vəziyyət necədi? Futbolda bizə yer yoxdu. Hamısı futbolu 100 faiz bilirlər. Bizlik deyil, rəhbərlik həll edir hamısını. Biz Azərbaycanda hambal olmuşuq. Hazırda Həndbol Federasiyasında menecer kimi çalışıram. Futbolda əməkdar məşqçi olmuşam, indi də həndbolda bu adı alacam. 

– Futbola qayıtmaq istəmirsiz?
– Bizi istəyən var ki, qayıdaq? Veteranları istəmirlər axı. Görürsüz, Mahir Şükürov nə deyir? Deyir ki, veteranlara ehtiyac yoxdu, onları silib atmaq lazımdı. Mənim, sizin deməyiniz azdı. Müəyyən qüvvələr var ki, futbolçulara işləməyə imkan vermirlər. 

– "Neftçi"də niyə qalmadız?
– Bilmirəm səbəbini. Sadəcə, müqavilə müddətini artırmadılar, heç bir səbəb də göstərmədilər. Belə məsələləri jurnalistlər qaldırmalıdı. Niyə veteranları bir-bir uzaqlaşdırırlar? Nə ediblər? Məgər veteranlar virusdu? Yoxsa işləyənlərdi virus? 

– AFFA-ya müraciət etmisiz?
– Bir neçə dəfə müraciət etdim, baxmadılar. 

– Nəyi bəhanə etdilər?
– Heç nə, sadəcə müraciətimi qəbul etmədilər. Yəqin vaxtları yoxdu.

– Elxan Məmmədovla şəxsən söhbət etmisiz?
– Onun qəbuluna yazıldım, amma dəvət etmədilər. Başa düşürəm vaxtı yoxdu. Amma məni qəbul etmirsə, daha deyəcək sözüm yoxdu. Siz də məni bağışlayın, kül futbolumuzun başına ki, Elxan Məmmədov Səmədağa Şıxlarovu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustasını qəbul etmir. SSRİ çempionatında 150 oyun keçirmişəm. Məni qəbul etmirsə… Görün futbol kimlərin əlindədi. Kimlər futbolumuzu sözün əsl mənasında fırladırlar. İnkişaf üçün təkcə veteranlar deyil, indiki futbolçular da hamısı birləşməlidi. Cavanlarla keçmiş futbolçuların sintezi təşkil edilməlidi. Ancaq onlar bunu istəmirlər. Klublardan baş çıxarmaq olmur. Kimləri istəyirlər, gətirirlər işləməyə. Allahdan və özlərindən başqa heç kim onların nə istədiyini bilmir. 

– Azərbaycan fuitbolunda baş verənləri, çempionatımızı izləyirsiz?
– Baxıram, maraqlanıram. Amma elə iyrəndiriblər ki, dərindən baxmıram. İnkişaf göz qabağındadı. Bu gün yaxşı ki, "Qarabağ"la "Qəbələ" var. Belə komandalardan 3-4 dənə də olsa yaxşıdı. O zaman inkişaf olduğunu deyərəm. İndi də normaldı, legionerlər gəlirlər, kömək edirlər. Legioner gəlib burda pulunu qazanıb getməməlidi, bizimkilər onlardan öyrənməlidi. Legionerlər Azərbaycana nə üçün gəldiklərini bilməlidi. Həm oynamaq, həm də öyrətmək üçün. Ona görə də səviyyəli legionerlər dəvət etmək lazımdı.

– Heç klublarımızdan təkliflər olub?
– Xeyr, heç kim təklif göndərməyib. Vecinə alan yoxdu.

– Yığmalarımızla bağlı düşüncələriniz necədi? Əsas komandaya Qurban Qurbanovu, U-21-ə Rəşad Sadıqovu baş məşqçi təyin etdilər.
– Bilirsiz necədi, Qurban Qurbanovla razıyam. Çünki artıq onun yığmaya gəlmək vaxtı idi. Nəticə vermişdi, təcrübə yığmışdı. Legionerlərdən, xarici məşqçilərdən sonra Qurban Qurbanov gəlməli idi. Əlbəttə ki, iki komandada işləmək onun üçün çətin olacaq. İnanıram ki, Qurbanov bunun öhdəsindən gələcək. Çətin də olsa gəlməlidi. Belə məsuliyyəti üzərinə götürübsə çalışmalıdı. Bir də ki, yaxşı nəticələr üçün futbolçular ona kömək etməli, öz üzərlərində çalışmalıdı. Amma bəzi məqamlar var. Məsələn, Qurban tənqidə öyrəşməyib. Millidə işləmək isə, istər-istəməz 50 faiz tənqid deməkdi. Qurban artıq buna psixoloji cəhətdən hazır olmalıdı. Axı, yığma bütün komandaları məğlub edə bilməyəcək, azarkeşlərin narazılığı olacaq. Düzdü, başa düşən uşaqlar bunu qəbul edəcəklər. Amma stadiona avaraçılığa gələnlər isə qəbul etməyəcək. İnanmıram ki, bu onu ruhdan salsın. Amma Qurban bu baryeri keçməyi bacarmalıdı. O ki, qaldı Sadıqova, adətən xaricdən məşqçi gətirirlər ki, bizim cavanlar, onun yanında çalışıb öyrənsin. Rəşadın ətrafında təcrübəli məşqçilər olmalıdı. Futbol oynamaq azdı, məşqçilik tam başqadı. Yenə də hər ikisinə uğurlar arzulayıram. Uğur qazananda biz də sevinirik. Futbolumuzun naminə işləyirlər, uğur qazansalar, mən də sevinəcəm. Düzdü, Sadıqova üç komanda verməyi rəva bilməzdim. Yaşlı məşqçilərimiz var ki, evdə oturublar. Özünüz də bilirsiz kimlərdi.

– Biri siz…
– Açığı, mən baş məşqçi işləmək istəməzdim. Həmişə hücumçularla işləmək istərdim. Neçə dəfə mətbuat vasitəsilə AFFA-ya, bütün klublara müraciət etmişəm. 10-15 il əvvəl də demişəm. Qapıçı hazırlaşdıranlar var, hücumçu ilə çalışan məşqçilər də götürsünlər. Azərbaycan futbolunda hücumçu yox səviyyəsindədi. Bu məsələni Qurban Qurbanov da qaldırmalıdı ki, sabah hücumçu seçmək onun üçün asan olsun. Onun yaddaşında olsun ki, filan hücumçular var. Əslində, Qurbanov üçün elə də ciddi çətinlik olacağını düşünmürəm. Amma Rəşada 3 komanda çətin olacaq. Hələ cavandı. Bir komandanı çalışdırıb, digərlərinə koordinator kimi nəzarət eləsə, bu başqa məsələ. Hücumçularla fərdi şəkildə işləmək lazımdı. Çünki çox incə məqamdı. Taktiki gedişləri bilmək lazımdı. 200-dən çox taktiki gedişlər var.

– Yenidən futbola qayıtmağa ümidiniz, həvəsiniz qalıb?
– Açıq deyəcəm, ümidim qalmayıb. Ümid edirdim ki, yanvara kimi nəsə olar. Amma gördüm ki, yanvar bitir, amma bu barədə heç düşünən də yoxdu. Futboldan başqa nə bacarırıq ki? Yaşamaq üçün gedib fəhlə işləyə bilərik ancaq. 

– Sizcə niyə ehtiyac duymurlar?
– Bu sual AFFA-ya və klubların ünvanınadı. Yəqin ki, bizdən yaxşısını tapıblar. Yada ki, kimsə tapşırır. Futbol zavod, fabrik deyil, bacarmaq lazımdı. Kibrit qutusu deyil ki, cibinə qoyub gizlədəsən. Hamının gözünün qarşısındadı.

Sport7.az

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm