Bizi izləyin

Ölkə futbolu

“Neftçi” ilə 1:8+

“Neftçi” hələ ayılmayıb. Nə rəhbər dəyişik…

blank
“Neftçi” hələ ayılmayıb. Nə rəhbər dəyişiklikləri, nə məşqçi əvəzləmələri, nə də heyətin mütəmadi yenilənməsi böhrandan qurtulmaq üçün yetərli olmayıb. Bu gün "SKA-Xabarovsk" ilə oyunda qeydə alınan 1:8 hesablı məğlubiyyət sübut etdi ki, bakılıların azarkeşlərini mövsümün ikinci yarısında da ürəkağrısı verəcək komanda gözləyir.
 
Bir az optimist olanlar bu görüşün, sadəcə, sınaq matçı olduğunu bəhanə edə, məğlubiyyətə haqq qazandıra bilər. Qismən razıyam, amma daha 1:8 yox da. 37 dəqiqəyə 6 qolu heç divizion klubumuz buraxmaz. Özü də Rusiya Premyer Liqasının aşkar autsayderi ilə görüşdə. O rəqiblə ki, Rusiya çempionatında 20 tura 16 qol vurub, o rəqiblə ki, liderlərindən biri elə “Neftçi”dən qaçan Georgi Navalovskidi.
 
***
 
“Neftçi”nin ağır fiziki hazırlıq dönəmindən sonra bu matça çıxdığını deyib, məğlubiyyətin gözlənilən olduğunu iddia edənlərlə də qismən razılaşmaq olar. Amma yalnız qismən. Çünki “SKA-Xabarovsk” “Real”, “Bavariya”, “Yuventus” deyil. 20-ci dəqiqəyə kimi hər 4 dəqiqədən 1 top buraxırsansa, deməli, sən ümumiyyətlə, yoxsan.
 
Bəli, “Neftçi” hələ hazırlığın ilk mərhələsini Bakıya salanda uduzmuşdu. “Neftçi” kimi klublar “Qarabağ” və “Qəbələ” ilə rəqabətə davam gətirmək üçün, onlar kimi yanvarın ilk günlərindən Türkiyədə olmalıydı. Maliyyə problemlərini də bəhanə etmək olmaz – menecer Kamil Məmmədovun sırıdığı keyfiyyətsiz Daniel Seqoviyaya verilən 2-3 aylıq maaşa və ya ödəniləcək kompensasiyaya normal toplanış təşkil etmək olardı. Eləcə də ehtiyatda çürüyən Mateo Mujek üçün havaya sovrulan onminlərə, müqaviləsi yenilənib, sonradan vidalaşılan Uqo Barqasa və əlbir işlədiyi həmin Kamilə xərclənən böyük pullara da bunu etmək mümkün idi.
 
***
 
“Neftçi”nin düşərgəsində sirrli oyunlar gedir. Aydındı, baş məşqçi Tərlan Əhmədov komandaya rəhbərliyin iradəsi ilə gəlməyib, lakin ümumi uğur üçün əl-ələ verib işləmək şərtdi. Lakin fərqli ab-hava görürük. Sanki 2 dəstə var və anlaşa bilmirlər, komanda isə uçuruma gedir. Elə bil, rəhbərlik Əhmədovun istədiyi futbolçuları almaq istəmir, Tərlan bəy də rəhbərliyin dəstəklədiyi, bir oturub, bir durduğu Kamil Məmmədovun gətirdiklərini bəyənmir.
 
Əhmədov danışmır, rəhbərlik susur. Oyun bir neçə saat öncə bitib, lakin onlar hələ də hər hansı açıqlama verməyiblər – nə üzr istəyir, nə də bəhanələrini dilə gətirirlər. Sanki sözün bitdiyi andı. Hamı susub, fitil çəkilib, bombanın partlamasını gözləyirlər.
 
2, 8, 10, 17, 20, 37, 49, 89 – “Neftçi”yə vurulan qolların dəqiqələridi. Heç şübhə etmirəm ki, fasilədə ruslardan daha az qol vurmaları xahiş edilib. Bununla belə, “Neftçi” o qədər aciz durumdadı ki, Mirabdulla Abbasovun təsəlli qolu da hokkey hesabını gizlətmir.
 
Bəhanə üçün heç bir səbəb yoxdur. Start heyətinə diqqət edək: Rəşad Əzizli, Ruslan Abışov, Kirilo Petrov, İlkin Qırtımov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov. Deməli, Rəşad Sadiqovdan və birdəfəlik göndərilən Uqo Barqasdan başqa, hamı yerindədi. Hə, Elnur Cəfərov, Namiq Ələsgərov da yoxdu, İqnasio Errera da ehtiyatda qalıb. Lakin start heyətin 80-90 faizi ilk dəqiqələrdən forma geyib və 37 dəqiqəyə 6 qol buraxıb.
 
Əhmədovla rəhbərliyin eyni hədəfə vurmadığını baxışa gələn Roxdi Axente və İqor Sikorskinin ehtiyatda qalması da göstərir. Bu matçda da sınanmırlarsa, məşqçi onların qabiliyyətinə nə vaxt bələd olacaq? Kamil Məmmədovla bağlı problemlə bağlıdısa, ondan çıxış yolu da bu deyil.
 
***
 
Berti Foqts kimi fırıldaqçı-taciri Azərbaycana calaq etməsini nəzərə alsaq, Kamil Məmmədov futbol təsərrüfatında ən qazanclı çıxmış insanlardan biridi. Toplanışların təşkilindən, idman geyimlərinin və ləvazimatlarının təmin edilməsinə kimi hər sahədə biznesi olan bu adam “İnter”in iflasında, “Neftçi”nin borc içində üzməsində də əsas pay sahibidi. Onun gətirdiyi bütün futbolçular yüksək ödənişli, amma ən keyfiyyətsizlər olub. Bəzən futboldan xəbərsiz klub rəhbərlərini ağlı sayəsində aldatmaqla, bəzən də day-dayı olan AFFA-nın baş katibi Elxan Məmmədovun himayəsi, tapşırıqları sayəsində həmişə südün üzünü yığıb, ən yağlı tikəni yeyib.
 
Məmmədov yenə “Neftçi”dən əl çəkmir və hətta bu komandanın meyidindən də piy tutur. Komandanın nəticələri onun vecinə deyil, elə himayədarlara arxayındı ki, hər yeni məşqçi ya onunla işləməli, ya da ümumiyyətlə, işləməməlidi. Onsuz da növbəti çalışdırıcının yenə ona təhkim ediləcəyini bilir.
 
Əhmədov hələlik dözür. Lakin bu şəxsin də səhvləri çoxdu. Onun elə dəstəkçiləri var ki, “Neftçi”yə rəhbərliyin istəməməsnə rəğmən, təyinat ala bildi. Lakin o da bu rıçaqlardan istifadə edə bilmir. Əvəzində ucuz oyunlara gedir, “Neftçi”də nəticələriylə deyil, ətrafına yığdığı kadrlarla möhkəmlənməyə çalışır. Akademiyanın, əvəzedici heyətin, məşqçilər korpusunun tanışlar vasitəsi ilə yenilənməsinin başqa adı yoxdu. “Neftçi” səviyyəsinə uyğun olan-olmayan bir çox adam indi “ağ-qara” geyimdədi.
 
***
 
“Neftçi”nin rəsmi feysbuk səhifəsinə baxıram – heç nə yoxdu. Halbuki oyun başlayanda sınaq matçı ilə bağlı paylaşım var idi və nəticə üzündən ilk hissə bitənə kimi söyüş, təhqirlə dolu 257 şərhi özüm izləmişdim. İkinci hissə başlayan kimi hamısı yerli-dibli silindi. Biabırçılığın pik həddi idi.
 
***
 
İndi torba əməliyyatından danışırlar. Guya ki, bu nəticə kiminsə torbasını tikmək üçündü. Kim kimə torba tikir? Oyunçuların əksəriyyəti Əhmədovun sevimlisidi, bir çoxu onun istəyi ilə indi də heyətdədi. Həmin adamların baş məşqçiyə torba tikməsi mümkün deyil. Tərlan bəy isə bu nəticəylə rəhbərliyi hədəf göstərə bilməz, çünki nəticəyə görə birbaşa cavabdehdi.
 
Bəlkə 1:8 SOCAR-a ünvanlanan ismarıcdı? Guya ki, olanımız budur, yeni transferlər üçün büdcəni artırmaq lazımdı. Hətta bunun üçün də belə iyrənc üsul ağıla batmır. Çünki “Neftçi”nin büdcəsi onsuz da “Qarabağ” “Qəbələ” və “Zirə” xaric, neftdən asılı olan bütün klubların büdcəsinin cəmindən çoxdu.
 
O da var ki, qışda komanda dəyişməzlər. “Neftçi” ötən ilin bu vaxtında oxşar addımı atdı, 5 illik kreditə girdi, sabahına zərbə vurdu, nəticələri də bilirsiz. Eyni səhvi təkrarlamaq olmaz. Bunu Əhmədov da bilir və dəfələrlə qışda ciddi dəyişiklik etməyəcəyini dilə gətirib. Baxmayaraq ki, 10 oyunçunu yola salıb, 2-ni gələn kimi, 4-ü indi gətirib və hələ yeni transferlər də istəyir. Yəqin ki, Əhmədov bu səhv addımını mövsüm boyunca da hiss edəcək. Bəyənmədiyi Fəhmin Muradbəyli U-21-də əsas heyətdə oynayır, “Səbail”in ən uğurlu transferlərindəndi; Məqsəd İsayev “Keşlə”nin heyətində “Neftçi”yə qarşı sınaq oyununda həm qol vurdu, həm məhsuldar ötürmə – həm də bunu onun əvəzinə əks marşrutla yollanan İlkin Qırtımovu barmağına dolayaraq – etdi.
 
***
 
“Neftçi” biabırçı durumdadı. Bugünkü matçda rusların komandaya qarşı etdiyi “18+luq hərəkət”in hesabatını vermək lazımdı. SOCAR səviyyəsində komandaya müdaxilə lazımdı. Yoxsa sonuc faciəvi olacaq. Lap Tahir Süleymanovun az öncə sosial şəbəkədə etdiyi paylaşım kimi… “Neftçi”nin sabiq vitse-prezidenti yazır: “Hara gedirsiz? "Neftçi"nin nə günahı var? Xabarovskdan o tərəfə dünyanın ən dərin okeanı yerləşir. Batan üzə çıxmır…”
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-17 13:04

Azərbaycan milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-17 12:49

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

blank
Dünya futbolu2024-05-17 12:35

Bolonyada çempionluq paradı olacaq

blank
Digər idman növləri2024-05-17 12:21

Ardıcıl iki “Masters”də finalçılar eyni oldu

blank
Milli komanda2024-05-17 12:04

Azərbaycan millisinin səbəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-17 11:47

Çempiona yaraşmayan məğlubiyyət

blank
AÇ-20242024-05-17 11:30

Fransa millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-17 11:12

Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”

blank
Dünya futbolu2024-05-17 10:58

2027-ci ildə dünya çempionatı Braziliyada olacaq

blank
Premyer-liqa2024-05-17 10:41

“Qarabağ” “Turan Tovuz”a qarşı

blank
Ölkə futbolu2024-05-17 10:32

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

blank
Ölkə futbolu2024-05-17 10:17

“Səbail”in 5 illik həsrəti

blank
Digər2024-05-17 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-05-17 09:41

AEK klublarımızın potensial rəqibləri sırasında

blank
Dünya futbolu2024-05-17 09:24

Musanın komandasından darmadağın

blank
Ölkə futbolu2024-05-17 09:07

“Azərbaycanlı futbolçuların Türkiyədə oynamaları yaxşı haldır”

blank
Dünya futbolu2024-05-17 08:49

Təbriz klubu İran kubokunda mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-05-17 08:32

Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək

blank
Dünya futbolu2024-05-17 08:15

“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

blank
I Liqa2024-05-17 08:00

“Şamaxı”… Qayıdır axı…

blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm