Ölkə futbolu
“Sumqayıt” ilk günü fitness zalında tamamladı – VİDEO
Bu gündən Antalyada təlim-məşq toplanışına start verən &q…
Bu gündən Antalyada təlim-məşq toplanışına start verən "Sumqayıt" axşam məşqi ilə günü yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında günün ikinci məşqini fitness zalında keçirib. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışının ikinci günündə də iki məşqlə kifayətlənəcək.