Dünya futbolu
Ziya Əzizov “Alkmaar”la oyunda ehtiyatda qaldı
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 21-ci…
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 21-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Alkmaar”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Əzizov bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Den Boş" hazırda 29 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.