Ölkə futbolu
Millətlər Liqasının püşkatma mərasimi CBC Sport-da
Sabah İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqas…
Sabah İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkü atılacaq. Futbolinfo.az xəbər verir ki, saat 15:00-da başlayacaq püşkatma mərasimindən sonra D divizionunda mübarizə aparacaq milli komandamızın rəqibləri məlum olacaq.
Püşkatma mərasimi CBC Sport-la canlı yayımlanacaq. Qeyd edək ki, Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov iştirak edəcək.