Ölkə futbolu
Amit Quluzadə Kosovo klubunda – FOTO
Mövsümün ilk yarısını “Səbail”də ke&cc…
Mövsümün ilk yarısını “Səbail”də keçirən, qış fasiləsi zamanı bu klubla yollarına ayıran Amit Quluzadənin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək. O, bu ölkənin “Drita” klubuna transfer olunub. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçumuz bu gün yeni klubu ilə müqaviləyə imza atsa da, tərəflərin neçə illik anlaşdığı açıqlanmır. Amma onun imza mərasimində çəkdirdiyi şəkildən belə bəlli olur ki, millimizin sabiq üzvü Kosovo klubunda 15 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Quluzadə əvvəllər Türkiyə, Portuqaliya və Yunanıstanda da legioner həyatı yaşayıb. Yarımmüdafiəçi karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Qəbələ”, "Rəvan”, "Kayseri Erciyesspor”, "Atletiko” və AEL klublarında forma geyinib.