Ölkə futbolu
Moldova yığmasının futbolçusu "Səbail"də
"Səbail" klubu Moldova yığmasının futbolçusu Yev…
"Səbail" klubu Moldova yığmasının futbolçusu Yevgeni Kaçuku heyətinə cəlb edib.
Futbolinfo.az “Sport24”ə istinadən xəbər verir ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi Topaz Premyer Liqasının debütantının Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda – Ukrayna təmsilçisi "Çernomorets"lə yoxlama matçında start heyətində yer alıb.
Odessalılarla qolsuz bərabərliklə nəticələnən oyunda sınaqdan uğurla keçən legioner bəyənilib və onunla bu həftə rəsmi müqavilə imzalanacaq.
Futbolda ilk addımlarını 2012 – 2016-cı illərdə vətənində "Daçiya"da atan Yevgeni 2016-cı ildə Slovakiyanın "Jilina" klubuna keçib. O, burada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub. "Jilina"yla çempion olan Kaçuk 2015-ci ildən etibarən çıxış etdiyi millisində 4 oyun keçirib.