Ölkə futbolu
“Qəbələ”dən “Rabotniçki” üzərində əzmkar qələbə
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” b…
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” bu dəfə Makedoniyanın "Rabotniçki” komandası ilə üz-üzə gəlib. Qloriya məşq meydançalarında baş tutan görüşdə hesabı makedoniyalılar açıblar. Amma fasiləyə qədər hesabı bərabərləşdirən əyalət klubu ikinci hissədə daha bir qol vuraraq, əzmkar qələbəyə sevinib.
Xatırladaq ki, Roman Qriqorçukun çalışdırdığı komanda Antalyadakı hazırlıq çərçivəsində daha öncə “Akhisar Bələdiyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
24 yanvar
“Qəbələ” – “Rabotniçki” 2:1
Qol: A.Məmmədov, 45. B.Dabo, 54 – Serjio, 39.
Antalya. Qloriya məşq meydançaları
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı