Ölkə futbolu
Ndlovu: "Hiss etdim ki, Qurbanov yeni müqavilə imzalamağımızı istəmir"
Çinin “Hançjou Qrintaun” klubunun yeni trans…
Çinin “Hançjou Qrintaun” klubunun yeni transferi Dino Ndlovu “Qarabağ”dan ayrılma səbəbini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu xarici mətbuata müsahibəsində ən yaxşı qərarlarından birini qəbul etdiyini bildirib. Ndlovu bu addımı ailəsi və özünün gələcəyi üçün atdığını qeyd edib. O, transferinə maliyyə təhlükəsizliyi tələbatının səbəb olduğunu söyləyib:
“Qarabağ”ı tərk etmək istəmirdim. Amma müqaviləmin müddəti bitmək üzrə idi. Baş məşqçimizlə (Qurban Qurbanovla – red.) yeni müqaviləyə dair söhbət etdikdə hiss etdim ki, o, anlaşmamın uzadılmasını istəmir. Hərçənd, oradakı digər futbolçuların sözləşmələri uzadılırdı. Mən özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimin təhlükəsizliyini təmin etmək istəyirdim. Çünki mən gəncləşməyə doğru getmirəm. Nəticədə bu imkandan yararlanaraq, Çinə üz tutmağı qərara aldım".
Cənubi afrikalı forvard "Hançjou Qrintaun"dakı hədəfləri və hazırkı durumundan da danışıb: "Hələlik, Çində vəziyyətim yaxşıdı. Şikayətlənə bilmərəm. Yüksəkliyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Şəxsi hədəfim isə heç vaxt dəyişməyib. "Qarabağ"dakından da yaxşı oynamağa, klubumun Super Liqaya qayıtmasına və daha çox qol vurmağa çalışacağam".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib