Dünya futbolu
“Barselona”nın yarımfinaldakı rəqibi bəlli oldu
Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin p&uu…
Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Barselona” finala vəsiqə uğrunda “Valensiya” ilə mübarizə aparacaq. Madrid “Real”ını mübarizədən kənarlaşdıran “Leqanes” isə “Sevilya” ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunlar yanvarın 31-də, cavab matçları isə fevralın 7-də keçiriləcək.
İspaniya Kuboku
Yarımfinal
Barselona – Valensiya
Leqanes – Sevilya