I Liqa
Namiq Məstanovun yalanı
Bir neçə gün əvvəl "Turan-T"də yaranan probl…
Bir neçə gün əvvəl "Turan-T"də yaranan problemlərlə bağlı saytımıza müsahibə verən Namiq Məstanov hələ də vədinə əməl etməyib. Futbolinfo.az xəbər verir ki, o, müsahibəsində futbolçuların dünən üçün maaşlarının veriləcəyini bildirmişdi.
Lakin adının açıqlanmasını istəməyən futbolçunun verdiyi məlumata görə heç kəsə əmək haqqı ödənilməyib. Səbəb kimi isə Peşəkar Futbol Liqasının klubun pulunun ödənilməməsi göstərilib.
Lakin PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qurumun heç bir kluba pul ödəmədiyini, əksinə klubların onlara pul ödədiyini bildirir.
Komandasına, ictimaiyyətə verdiyi sözün üstündə durmayan Məstanovun futbolçuların başını daha hansı nağıllarla aldadacağı isə maraqlıdı. Hər halda bu gün komandasına “PFL pulumuzu ödəsin, maaşınızı verəcəm" deyən klub rəhbərinin sabah güləş, boks, voleybol federasiyalarından da maaş gözləməsi təəccüb doğurmaz.