Dünya futbolu
“Bavariya”dan möhtəşəm əzmkarlıq – VİDEOLAR
Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tur həyəcanı dava…
Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tur həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, lider “Bavariya” ikinci oyun günündə meydana çıxıb. Münhen təmsilçisi “Hoffenhaym”ı qəbul edib. Qarşılaşmanın ilk dəqiqələrində qonaq komanda iki qolla önə keçsə də, "Bavariya" möhtəşəm əzmkarlıq nümayiş etdirərək, bu rəqibinə böyük hesabla qalib gəlib.
"Bavariya"nın əsas izləyicilərindən olan "Şalke" səfərdə "Ştutqart" üzərində inamlı qələbə qazanıb.
Dortmund "Borussiya"sı isə bu dəfə doğma meydanda "Frayburq"la heç-heçəyə razılaşıb. Elə günün digər qarşılaşmaları da heç-heçə başa çatıb.
Almaniya Bundesliqası
20-ci tur
26 yanvar
Ayntraxt – Borussiya (Münhenqladbax) 2:0
Qol: Boatenq, 43. Yoviç, 90.
27 yanvar
Köln – Auqsburq 1:1
Qol: Yojiç, 40 – Kayubi, 77.
Bavariya – Hoffenhaym 5:2
Qol: Levandovski, 21. Boatenq, 25. Koman, 63. Vidal, 66. Vaqner, 90 – Ut, 3. Qnabri, 12.
Borussiya (Dortmund) – Frayburq 2:2
Qol: Kaqava, 9. Tolyan, 90 – Petersen, 21; 68.
Leyptsiq – Hamburq 1:1
Qol: Bruma, 9 – Kostiç, 29.
Ştutqart – Şalke 0:2
Qol: Naldo, 14. Harit, 19-pen.
Verder – Herta 0:0
28 yanvar
18:30 Bayer – Maynts
21:00 Hannover – Volfsburq
–
–