Ölkə futbolu
Mamrot: “Kəpəz”lə oyun ürəyimcə oldu”
Polşanın “Yagelloniya” klubunun baş məşqçisi ?…
Polşanın “Yagelloniya” klubunun baş məşqçisi İreniuş Mamrot Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında 8:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
“Komandamın ilk hissədəki çıxışından çox razı qaldım. Nəticədən başqa, meydanda istədiyimizi də etdik. Hücum futbolu oynamaq istəyirdik. Fasiləyədək daha çox hücumda olduq. İkinci hissədə müəyyən çatışmazlıqlar oldu. Buna rəğmən, yenə topa daha çox biz yiyələnirdik. Ancaq birinci hissədəki kimi, üstün futbol sərgiləmədik. Çox az təhlükəli hücumlar etdik. Rəqib isə iki dəfə bizə həyəcan yaşatdı və son dəqiqələrdə qol vurdu. Bu səhvə yol verməməli idik. Ümumilikdə isə oyun ürəyimcə oldu. Əvvəlki yoxlama matçları ilə müqayisədə bu dəfə bizim üçün daha asan oldu. Qarşıdakı iki oyunda daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Hər şeyi həmin matçlarda daha yaxşı görəcəyik. Məncə, oyunumuzun səviyyəsi getdikcə yüksələcək”.