Ölkə futbolu
“Qarabağ” son oyunda da qələbə qazana bilmədi
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ&rd…
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Çernoqoriyanın yüksək liqasında çıxış edən “Mladost” klubu ilə qarşılaşıb. Görüş heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı əvvəlki yoxlama oyunlarında Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” klubları ilə (0:0) heç-heçəyə razılaşıb, Ukrayna “Mariupol”u (2:3) ilə Bosniya və Hersoqovina “Sarayevo”suna (0:2) məğlub olub.
Yoxlama oyunu
3 fevral
“Qarabağ” – “Mladost” 1:1
Qol: M.Mədətov, 30.
“Qarabağ”: Anton Kanibolotski, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Coşqun Diniyev, Pedro Enrike, Dani Kintana.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…