Ölkə futbolu
“Qəbələ” “Şkendiya”ya belə məğlub oldu – VİDEO
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında o…
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qış fasiləsindəki 6-cı matçında Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib. “Gloria” məşq meydançalarında baş tutan matça komanda aşağıdakı “11-lik”lə başlayıb: Dmitri Bezotosnı, Hacıağa Hacılı, Qismət Alıyev, Voyislav Stankoviç, Vitali Vernidub, Asif Məmmədov, Dion Malone, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Elvin Məmmədov.
Görüş “Qəbələ” üçün uğursuz başlayıb. Makedoniya təmsilçisi 7-ci dəqiqədə erkən qolla hesabda önə keçib. Rəqib komanda fasiləyədək daha bir dəfə fərqlənməyi bacarıb. 34-cü dəqiqədə təyin olunan penaltidən dəqiq istifadə edən “Şkendiya” fasiləyə iki top üstünlüyü ilə yollanıb. Oyunun gedişində dəyişikliklərə əl atan baş məşqçi Roman Qriqorçuk Elvin Camalov, Dion Malone, Ürfan Abbasov, Rasim Ramaldanov, Famussa Kone və Təmkin Xəlilzadəyə də şans verib. Lakin oyunda dönüş yaratmaq mümkün olmayıb. Beləliklə, “Qəbələ” Antalyadakı son yoxlama matçında “Şkendiya”ya 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, “Qəbələ” bu oyunadək Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gəlib.