Ölkə futbolu
“Sumqayıt” “Zirə” ilə oyun üçün başladı
Türkiyə toplanışının ardından birgünlük istirahə…
Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” məşqlərini bərpa edib.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 16:00-da doğma meydanda məşqə çıxıb. Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.