I Liqa
Birinci Divizion klubları da cəzasız qalmadılar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci Divizionunun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçala” – “Şuşa” matçında “Şuşa”nın 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Mil-Muğan” – “Karvan” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Göyəzən” – “Kəpəz” matçının 87-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.