Dünya futbolu
Qvardiola: Bundesliqa daha maraqlıdı
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Xo…
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Xosep Qvardiola Bundesliqa haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis alman klublarının La Liqa klublarından fərqli olduğunu qeyd edib:
“Nəzəri cəhətdən Bundesliqa futbolçuları daha güclü təsir bağışlayırlar. Onlara qarşı mübarizə aparmaq çətindi. Klubların güclü müqaviməti mənim üçün sürpriz oldu. Buradakı futbol atmosferi çox xoşuma gəldi. Stadionlar hər oyun dolu olur. Oyuna insanlar ailələri ilə birlikdə gəlirlər. Fikrimcə, Bundesliqa ən güclü və ən baxımlı liqadı”.