Ölkə futbolu
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də qəniminə satmağa məcbur oldu
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sa…
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri, bu postdan, eyni zamanda “Kəpəz”in Müşahidə Şurasında sədr müavinliyindən qovulan Mikayıl Nərimanoğludan yeni xəbər var. Gəncə klubundan maliyyə yeyintisinə görə qovulan bu şəxs taladığı 400 min manatdan çox vəsaiti geri qaytarmaq üçün son imkanlarından istifadə edir.
Futbolinfo.az xəbər verir ki, 2 vəzifəsindən 1 günün içində uzaqlaşdırılan Nərimanoğlu klubda aparılan audit yoxlamasından sonra bu aqibətlə üzləşmişdi. Klubun ovaxtkı icraçı direktoru Cabir İbrahimovun şikayətindən sonra aparılan araşdırmalardan sonra gizlinlər aşkar olunmuşdu. Mikayıl bəyin maliyyə yeyintiləri sübut edilmiş və o, qamarlanan pulları geri qaytarmaq şərti ilə cinayət məsuliyyətinə cəlb edilməmişdi.
Ötən ilin payızından etibarən büdcədən qeyb olan pulları geri qaytarmaqla məşğul olan sabiq funksionerin yaxınlara kimi borcu qalırdı. AFFA-dan bağışlanmayacağını görən Mikayıl bəy, nəhayət, Gəncədəki evini də satmalı olub. Fevralın əvvəlində onun Sadıllı məhəlləsindəki əmlakı 72 min manata yeni müştərisini tapıb. Nərimanoğlu pulu borcunu bağlamaq üçün lazımi adamlara – AFFA-ya çatdırıb.
İşin maraqlı tərəfi məhəllə evinin sabiq sədr müavinini məşhər ayağına çəkdirən Cabir İbrahimovun əlinə keçməsidi. Nərimanoğlu bu evi məhz Cabir bəyin yaxınlarından birinə verməyə məcbur olub. Hazırda Gəncə stadionunun direktoru kimi çalışan İbrahimov söz-söhbətdən uzaq olmaq üçün əmlakı bir dostunun adına qeydiyyata aldırıb.