Dünya futbolu
Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu
Bolqarıstan Futbol İttifaqı (BFİ) son iki seçmə tsikllə b…
Bolqarıstan Futbol İttifaqı (BFİ) son iki seçmə tsikllə bağlı hesabat hazırlayıb.
Futbolinfo.az xəbər verir ki, sənəddə AÇ-2016 və DÇ-2018-in seçmə mərhələsinin ev oyunlarındakı bilet satışı, həmçinin bundan əldə olunan gəlir əksini tapıb.
Ümumilikdə 10 seçmə matçı quruma 1 milyon 167 min 710 lev (1 milyon 257 min 390 manat) gəlir gətirib. Bu görüşlər arasında ən az fayda verən isə Azərbaycanla görüş olub.
Belə ki, AÇ-2016-nın seçmə mərhələsində baş tutan Bolqarıstan – Azərbaycan qarşılaşması meydan sahiblərinə 1895 lev gəlir verib. Bu isə 2 min 40 manat 54 qəpiyə bərabərdi.
Qeyd edək ki, 2015-ci il oktyabrın 13-də Sofiyada keçirilən görüşdə Bolqarıstan yığması 2:0 hesabı ilə qalib gəlib. (Apasport)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…