Ölkə futbolu
Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?
"Keşlə" – "Sumqayıt" oyunu yenə qələbəlik o…
"Keşlə" – "Sumqayıt" oyunu yenə qələbəlik olacaq. Çünki meydan sahibi klubun rəhbərliyi tribunaları süni şəkildə doldurmaq üçün yenə hər şey edib.
Hazırda stadionun giriş qapılarının önü xanımlarla, uşaqlarla doludu. Keşlə qəsəbəsinin yerləşdiyi Nizami rayonunun icra başçısı klubda Müşahidə Şurasının üzvü olduğundan, tribunaları doldurmaq üçün təzyiq vasitələrindən istifadə edir.
Bir neçə məktəbin müəllimləri məcburi şəkildə stadiona gətirilib. 62, 150, 151 saylı məktəblərin müəllim kollektivi hazırda arenadadı. Onların hər birinə özləri ilə əlavə adamlar gətirmək tapşırığı verilib. Xanım müəllimlərdən birinin bacısı yoldaşıyla söhbəti zamanı buna əmin olduq. Yaşlı bir kişi baldızına görə istəmədiyi yerə gəldiyin, yarım saatdan sonra aradan çıxacağını bildirirdi.
Onu da qeyd edək ki, məcbur gətirilənlər işdən qovulmaqla hədələnən sıravi vətəndaşlardı. "Keşlə" rəhbərliyinin, Müşahidə Şurası üzvlərinin ailələri buraya gətirilməyib, indi hansısa restoranda istirahətin dadını çıxarır.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq