Ölkə futbolu
UEFA-dan AFFA-ya 14,1 milyon avro
UEFA Avropada futbolun inkişafı üçün rekord məblə…
UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub.
UEFA-nın 2020 – 2024-cü illərdə “HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya, ümumilikdə, 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq.
Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.
Konqres UEFA prezidentinin, administrasiyasının və İcraiyyə Komitəsinin məruzələrini bəyənib, 2016/2017 mövsümünün maliyyə hesabatını öyrənib və 2018/2019 mövsümü üçün büdcəni təsdiq edib. Eləcə də UEFA Nizamnaməsinə təklif edilən düzəlişlər təqdir olunub.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Qurumun növbəti Konqresi isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi