Premyer-liqa
“Xəzər Lənkəran”da “Neftçi” ilə oyun öncəsi daha 3 itki!
Topaz Premyer Liqasının 12-ci turunda Bakıda “Neftçi&r…
Topaz Premyer Liqasının 12-ci turunda Bakıda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” məşqlərini Lənkəranda davam etdirir. Futbolinfo.az xəbər verir ki, dünən və bu gün ehtiyat meydanda hazırlığını sürdürən komanda əsasən taktiki planda çalışmalara üstünlük verir.
Zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilməyən Junior Nildo fərdi qaydada onun üçün hazırlanmış xüsusi proqramla bərpa məşqlərini davam etdirir. Bu gün keçirilən məşqdə daha üç futbolçu hazırlıqdan kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov “Qarabağ”la oyunda qabırğa nahiyəsindən, qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli də əzələ nahiyələrində olan ağrılar səbəbi ilə məşqi kənardan izləyib. Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur.
“Xəzər Lənkəran” sabah səhər məşqini keçirdikdən sonra paytaxta yola düşəcək. Komanda “Böyük oyun”a qədər daha iki günü paytaxtda məşqlərini davam etdirəcək.