Dünya futbolu
“Bavariya”dan səfərdə 4 cavabsız qol – VİDEOLAR
Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.
…
Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Ötən turda “Herta” ilə ev oyununda büdrəyən (0:0) lider “Bavariya” səfərdə “Frayburq”la üz-üzə gəlib. Münhen klubu rəqibini 4 cavabsız qolla məğlub edib.
Günün digər matçında “Köln” doğma meydanda “Ştutqart”la qarşılaşıb. Beş qolun vurulduğu matçda qonaqlar çətin qələbəyə seviniblər.
Almaniya Bundesliqası
25-ci tur
2 mart
Borussiya (Münhenqladbax) – Verder 2:2
Qol: Zakaria, 5. Moysander, 33-avtoqol – Delaney, 59. Yohansson, 78.
3 mart
Ayntraxt – Hannover 1:0
Qol: Da Kosta, 39.
Auqsburq – Hoffenhaym 0:2
Qol: Kramariç, 30. Qnabri, 50.
Hamburq – Maynts 0:0
Şalke – Herta 1:0
Qol: Pyaça, 37.
Volfsburq – Bayer 1:2
Qol: Mehmedi, 79 – Alario, 31. Brandt, 78.
Leyptsiq – Borussiya (Dortmund) 1:1
Qol: Auqustin, 29 – Roys, 38.
4 mart
Köln – Ştutqart 2:3
Qol: Pisarro, 7. Yojiç, 86 – Qomes, 45; 45. Bek, 57.
Frayburq – Bavariya 0:4
Qol: Şvolov, 25-avtoqol. Tolisso, 28. Vaqner, 54. Müller, 69.
–
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza