Ölkə futbolu
Hakimi döyənə 10, təhqir edənlərə 4 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Regional Liqada “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Oyunun 66-cı dəqiqəsində “Energetik”in futbolçusu Kənan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyev aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.
Regional Liqada “Şahdağ” (Qusar) – “Şahdağ” (Quba) matçının 20-ci dəqiqəsində “Şahdağ”ın (Quba) futbolçusu Anar Paşazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
Regional Liqada “Şağan” – “Tufan” matçının 79-cu dəqiqəsində “Şağan”ın futbolçusu Ceyhun Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 90+4-cü dəqiqəsində “Tufan”ın futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Gənclər Liqasında “Neftçi” İK İB – “Səbail” matçının 80-cı dəqiqəsində “Neftçi” İK İB-in futbolçusu Samir Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Gənclər Liqasında “Qarabağ” FK – “Qəbələ” İK matçının 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Xəqani Sadıxov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-16 Liqasında “Keşlə” FK – “Turan” matçının 52-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Şirin Şirinov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-14 Liqasında “Qəbələ” – “Səbail” matçının 14-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Kamil Nəzərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-13 Liqasında “Səbail” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə”nin futbolçusu Telman Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-12 Liqasında “Kəpəz” – TİM matçında TİM-in məşqçisi Xəqanı Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Dalğa” – “İçərişəhər” matçının 25-ci dəqiqəsində “Dalğa”nın futbolçusu Nicat Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Avanqart” – “LSS” matçının 45-ci dəqiqəsində “Avanqart”ın futbolçusu Vahid Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Advokat” – “İçərişəhər” matçının 24-cü dəqiqəsində “İçərişəhər”in futbolçusu Emil Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 27-ci dəqiqəsində “Advokat”ın futbolçusu Rüfət Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Rezident” – “Gənclik” İK matçının 25-ci dəqiqəsində “Rezident”in futbolçusu Mahir Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.