Dünya futbolu
Futbolçu məşq zamanı özündən getdi
Daha bir futbolçunun səhhətində ciddi problem yaşanıb.
…
Daha bir futbolçunun səhhətində ciddi problem yaşanıb.
Futbolinfo.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante məşq zamanı özünü pis hiss edib. Martın 2-də keçirilən məşq zamanı futbolçu qəflətən özündən gedərək, yıxılıb. Xoşbəxtlikdən, həkimlərin müdaxiləsindən sonra Kante özünə gəlib.
İlkin ehtimallara görə, futbolçunun ürəyində problem aşkarlanıb.
Xatırladaq ki, martın 3-dən 4-nə keçən gecə isə “Fiorentina”nın kapitanı David Astori ürək tutmasından dünyasını dəyişib.