Ölkə futbolu
“Keşlə” – “Neftçi”nin daimi qapazaltısı
Topaz Premyer Liqasının XIX turunda “Neftçi” &ldq…
Topaz Premyer Liqasının XIX turunda “Neftçi” “Keşlə”ni qonaq edib və görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, tərəflər arasında 54-cü görüş olub.
Bu matça qədər “Neftçi” 26 qələbə qazanıb, 14 heç-heçə etmişdisə, 13 oyunda “Keşlə” (əvvəlki “İnter”) 3 xala sevinmişdi. Ardıcıl 9 matçda rəqibinin qapısına qol vurmağı bacarmış “ağ-qaralar”, son 5 oyunda qalib gəlmişidi. Bu oyundakı qələbə ilə Tərlan Əhmədovun komandası qol vurmaq seriyasını 10, qələbə seriyasını isə 6 oyuna çıxarıb.
Qeyd edək ki, 19 oyundan sonra aktivində 26 xal olan “Neftçi” 5-ci, “Keşlə” isə 15 xalla 7-ci pillədə qərarlaşıb.