Müsahibə
Qurbanov: “Təkcə Ramilin yox, bütün futbolçuların oyunundan razı qaldım”
Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Zirə&rdquo…
Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Zirə”ni məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
– Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm.
– Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?
– Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu oyunda çox çalışdı. Çox istəkli idi.
– Ancaq Ramil sanki qol duyumunu itirib…
– Bu, normal haldı. Həmin epizodları əldə etmək əsasdı. Əsas odu ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.
– Növbəti oyunda “Neftçi” ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb…
– Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə oyunda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər. (Komanda.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib