Müsahibə
Amil Yunanov: “Həyəcanlı olmağım normaldı”
Millimizin hücumçusu Amil Yunanov Belarusla oyundan ö…
Millimizin hücumçusu Amil Yunanov Belarusla oyundan öncə keçirilən brifinqdə iştirak edib.
Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”ın forvardı yığmada möhkəmlənmək istədiyini vurğulayıb:
– Yığmaya dəvət alacağınıza inamınız var idi?
– Əlbəttə, inam var idi. Çünki çempionat oyunlarında yaxşı çıxış edirdim. Çalışacam ki, əlimə düşən fürsəti maksimum dəyərləndirim.
– Ramil Şeydayev və Mahir Mədətov hazırda U-21-in düşərgəsindədi. Bu isə sizin üçün yaxşı şans deməkdi…
– Əlbəttə, millidə olmaq hər bir futbolçu üçün şansdı. Həm çempionat, həm də yığmanın oyunlarında özümü ən yaxşı tərəfdən göstərməliyəm. Mən millidə oynamaq istəyirəm.
– Sabah rəqibiniz olacaq Belarus yığması haqda fikriniz necədi?
– Çətin rəqibdi. Amma evdə oynayırıq. Buna görə də, qələbə qazanmağa çalışacağıq.
– Belarusla Makedoniya yığması arasında nə kimi fərq görürsüz? Hansı daha güclüdü?
– Makedoniyanı daha üstün tuturam. Amma Belarusun da oyununa baxmışıq. Yaxşı komandadı.
– Həyəcan millidə özünüzü göstərməyə mane ola bilərmi?
– Həyəcanlı olmağım normaldı. Çalışacam ki, onu aradan qaldırım və bütün fikrimi oyuna yönəldim. (apasport)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi