Ölkə futbolu
“Neftçi” “Autizmlilər”i ziyarət etdi
“Neftçi” PFK-nın rəhbərliyi, məşqçi və…
“Neftçi” PFK-nın rəhbərliyi, məşqçi və futbolçu heyəti "Autizmlilər” İdman Klubu İctimai Birliyini ziyarət edib.
Futbolinfo.az xəbər verir ki, autizmli uşaqlar və onların müəllimlərinə, eyni zamanda klubun rəhbərliyinə Novruz bayramı münasibətilə "Neftçi” PFK adından təbriklər çatdırılıb.
Tədbirdə iştirak edən "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev bayram günlərində baş tutan ziyarətdən məmnunluq ifadə edib, kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra "Neftçi” komandasının üzvləri uşaqlarla birgə yaşıl meydanda futbol oynayıb, qapıya zərbələr vurublar.
Tədbirin sonunda "Autizmlilər” İdman Klubu İctimai Birliyinin sədri Elnur Məmmədli "Neftçi” PFK-ya diqqətə görə təşəkkür edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib