Milli komanda
“Renan Bressanı Bakıda qoruyacağıq”
Futbol üzrə Belarus yığmasının baş məşqçisi İqor …
Futbol üzrə Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko Azərbaycan və Sloveniyaya qarşı keçirəcəkləri yoxlama oyunları üçün açıqladığı heyətlə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, Aleksandr Martınoviç, İqor Şitov, Mixail Sivakov, Sergey Kislyak, Renan Bressan kimi təcrübəli futbolçuları milliyə qaytarmasını belə şərh edib:
“Martınoviçin ötən ilin sonundan zədəsi var. Hətta əməliyyat tələb olunurdu. Kislyak oyun praktikasına malik deyildi. Sivakov ehtiyatda qalırdı, sadəcə, onu yoldaşlıq görüşlərinə dartmırdım. Şitovu 1 il öncə çağırmışdım, onda da martda idi. Zədəsi vardı, elə də inamlı təsir bağışlamırdı. İqoru rahat buraxmağı qərara aldım ki, klubunda forma yığsın. İndisə onun mövqeyində Rios peyda olub. Buna görə də Şitovla Veretilonun namizədliyinə qayıtdım. Bressanın səviyyəsini bilirəm, ötən ilin sonunda hətta yoldaşlıq görüşlərinə çağırmamağı qərara aldım. Düzdü, onun soyuqlaması var. Buna görə də bir həftəlik sıradan çıxıb, klubunda bir matç buraxıb. Bu səbəbdan Bressanı Bakıda çox güman, qoruyacağıq. Kondisiyasının yığması üçün bir həftə vaxt sərf edəcəyik ki, Sloveniya ilə matçda tam hazır olsun”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın