Dünya futbolu
Millimizin rəqiblərindən biri uduzdu, digəri heç-heçə etdi
Bu gün dünyanın müxtəlif ölkələrində milli ko…
Bu gün dünyanın müxtəlif ölkələrində milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, millimizin Millətlər Liqasındakı rəqiblərindən Malta və Farer adaları da sınaq matçında qüvvələrini sınayıblar.
Malta millisi Lüksemburqla qarşılaşıb və minimal hesabla məğlub olub. Farer adaları yığması isə Latviya ilə oyunda heç-heçəyə imza atıb.
DÇ-2018-in iştirakçıları – Danimarka və Panama milliləri isə Brondbüdə münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb.
Yoldaşlıq oyunları
22 mart
Slovakiya – BƏƏ 2:1
Filippin – Fici 3:2
Çin – Uels 0:6
Bəhreyn – Fələstin 0:0
Tailand – Qabon 0:0
Malayziya – Monqolustan 2:2
Malta – Lüksemburq 0:1
Farer adaları – Latviya 1:1
Danimarka – Panama 1:0
Əlcəzair – Tanzaniya 4:1
Qvineya Bissau – Burkina Faso 2:0
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”