Dünya futbolu
Yığmamızın rəqibindən darmadağın
Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar ara…
Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, millimizin Millətlər Liqasındakı rəqiblərindən Farer adaları yığması Lixtenşteynlə qarşılaşıb. Yığmamızın rəqibi bu görüşdə 3 cavabsız qolla qalib gəlib.
Latviya yığmasının Cəbəllütariqlə görüşdə məğlubiyyətlə üzləşməsi diqqət çəkib.
Slovakiya Tailand yığması ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda Avropa təmsilçisi qələbə qazanıb.
Yoldaşlıq oyunları
25 mart
Qabon – BƏƏ 1:0
Tailand – Slovakiya 2:3
Cəbəllütariq – Latviya 1:0
Küveyt – Kamerun 1:3
Farer adaları – Lixtenşteyn 3:0