Bizi izləyin

Müsahibə

Millimizin qolkiperi: “Avropanın ən yaxşı qapıçısı olmaq istəyirəm”

Bu gün futzal üzrə Azərbaycan millisinin və “Araz&r…

blank

Bu gün futzal üzrə Azərbaycan millisinin və “Araz” komandasının qapıçısı Rövşən Hüseynlinin doğum günüdü. 

Futbolinfo.az xəbər veir ki, qolkiper “27-ni” yola salmağa hazırlaşdığı gündə də məşqlərə ara vermir. Hazırda Türk Universiadasına hazırlaşan millinin qapıçısı Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində ötən günlərə nəzər salıb, arzularını dilə gətirib:

– 27 yaşında özünü necə hiss edirsən?
– (gülür) Hələ də 27 yaşımda olduğuma inanmağım gəlmir. Çox yaxşı, gümrah hiss edirəm özümü. Artıq təbrikləri, hədiyyələri qəbul edirəm. Karyera baxımından fikirləşəndə, üzülürəm. Çünki 27 yaşım var, hələ də böyük uğur qazanmamışam.

– İnsan var ki, yaşının üstə yaş gələndə kövrəlir. Bir qrup isə tez yaşlanmağı istəyir. Səni hansı kateqoriyaya daxil edək?
– Razıyam, hər iki kateqoriyaya aid insanlar var. Əkisnə, hərdən özümü qınayıram ki, niyə bəzi şeyləri vaxtında etmədim, gecikdirib, bu yaşıma saxladım… Nə illərin sürətlə keçməsini, nə də ötən günlərin yenidən yaşanmasını azulayıram. Yaşadıqlarıma görə xoşbəxtəm, amma karyeramı tez bitirməyi də arzulamıram. Yaş üstə yaş gəldikcə, insan dolğunlaşır.

– Şəxsi həyatında və karyeranda nələri qazanmısan?
– Şəxsi həyatımda hamıya arzulayacağım qədər xoşbəxtəm. Möhkəm, əvəzolunmaz dost qazanmışam, özümə dayaq hiss edəcəyim etibarlı insan qismətim olub. Ailəmin dəstəyini də hər zaman arxamda hiss edirəm, onların varlığı da uğurlarımın bir parçasıdı. Karyerama gəldikdə, son 4-5 ildə yüksəliş yaşandı. “Araz”la ardıcıl çempionluq qazandım, milli komandaya yüksəldim, dəfələrlə Avropa çempionatının final mərhələsində iştirak etdim. Bundan başqa, dünya çempionatı kimi yarışda da millinin formasını geyinmək qismətim oldu. Bu qədər yarışda iştirak etmək böyük uğurdu. Az da olsa, komandamıza kömək etdim, diqqət mərkəzinə düşdüm. Ancaq bunlarla qane olmaq istəmirəm. Avropanın ən yaxşı qapıçısı olmaq və qitə birinciliyinin kubokunu ölkəmizə gətirmək istərdim.

– Təbrikini gözlədiyin xüsusi kimsə varmı?
– Əlbəttə, elə insan var. Sevgilimdən gələn təbrik özəl oldu. Xüsusi təbrik isə adını çəkmək istəmədiyim mənim üçün çox hörmətli birindən gəldi. Dəyərli və diqqətli olmaq gözəldi.

– Subaylıq sultanlıqdı?
– Nişanlıyam. Subaylıq sayılsa da, sultanlıq deyil (gülür). Hörmət, dəyər və istək hər şeydən önəmlidi.

– Təbrik üçün hədiyyə mütləqdi, yoxsa quru sözlə də kifayətlənmək olar?
– Yalan danışmayacam, bəzi insanlar var ki, onlardan hədiyyə qəbul etməyi xoşlayıram və hər zaman gözləyirəm. Ancaq şablon olmayan və ürəkdən gələn hər bir təbrik sevindiricidi və cavabsız qalmır.

– Ad günlərini xüsusi qeyd etməyi xoşlayırsan?
– Çox xoşlayıram. Adətən 3-4 gün davam edir ad günü məclislərim.

– Ad gününü 3-4 gün qeyd edən Rövşən yəqin, 7 gün, 7 gecə toy çaldıracaq?
– Toyun bu qədər davam edəcəyini deyə bilmərəm. Çünki qohum-əqrəbanı ancaq bir günlük bir yerə yığa bilərəm. Ancaq ad günü məclisi yığcam olur. Hər dəfə fərqli kompaniya qururuq.

– Heç ad gününü səfərdə qeyd etmisən?
– Səfərdə yox, təlim-məşq toplanışlarında qeyd etmişəm. Ancaq 2-3 saatlıq icazə alıb, özümü evə çatdırmışam. Açığı, 27 ildə cəmi 8-9 dəfə ad günümü dəqiq tarixdə qeyd etmişəm. Qalan vaxtlarda məcburiyyətdən ya əvvələ çəkmişəm, ya da sonraya keçirmişəm. 14 ildi futboldayam, bunun baş verməsi təbiidi.

– Karyeranla bağlı arzularını çatdırdın. Niyəsə bizim idmançılar şəxsi həyatları ilə bağlı danışmağı sevmirlər. Bəlkə ənənəni pozasan?
– Hər bir insanın iş, karyera ilə yanaşı, şəxsi həyatına dair də arzuları var. Şəxsi həyat və ailə hər şeydən önəmlidi. Xoşbəx olmasan, karyeranda yüksəliş yaşaya bilməzsən. Bu gün irəliyə addım atmışamsa, bu, xoşbəxtlyimin göstəricisidi. Şəxsi həyatımla bağlı arzum, istəyim çoxdu. Ən əsası subaylığın daşını atmaq, valideyinlərimizi sevindirmək istəyirəm.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Ölkə futbolu2024-04-30 10:29

“Qarabağ” üçün daha bir potensial rəqib

blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm