Dünya futbolu
Yılmaz Vuraldan 5 oyunluq müqavilə
Tez-tez iş yerini dəyişməsi ilə tanınan türkiyəli müt…
Tez-tez iş yerini dəyişməsi ilə tanınan türkiyəli mütəxəssis Yılmaz Vuralın yeni iş yeri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəssis Türkiyə 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la anlaşıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Məlumatda təcrübəli mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlandığı qeyd edilib. Vural “Əskişəhərspor”un “sükanı arxasında” mövsümün sonuna kimi 5 oyun keçirəcək.
“Qırmızı-qaralar” 29 turdan sonra topladığı 31 xalla 2-ci liqaya düşmə zonası olan 16-cı pillədə qərarlaşıb. Vuralın qarşısında duran əsas vəzifə komandanı 1-ci liqada saxlamaqdı. Mütəxəssis daha öncə 1994/95 mövsümündə “Es-Es”də çalışıb.
Ümumilikdə isə Vural Türkiyədə 29 müxtəlif komandanın “sükanı arxasında” olub:
“Antalyaspor”, “Adanaspor”, “Ankaragücü”, “Adana Dəmirspor”, “Samsunspor”, “Sarıyer”, “Sakaryaspor”, “Bursaspor”, “Boluspor”, “Karşıyaka”, “Konyaspor”, “Kocaelispor”, “Kasımpaşa”, “Karabükspor”, “Qaziantepspor”, “Əskişəhərspor”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Göztəpə”, “Girəsunspor”, “Çanaqqala Dardanelspor”, “Çaykur Rizəspor”, “Dənizlispor”, “Diyarbəkirspor”, “Manisaspor”, “Mersin İdmanyurdu”, “Malatyaspor”, “Elazığspor”, “Osmanlıspor”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu