Dünya futbolu
Mançester derbisində MY sevindi – VİDEOLAR
Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura star…
Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk görüşündə Liverpul derbisi baş tutub. Bu şəhərin iki əzəli rəqibi – “Everton” və “Liverpul”un “Qudison Park”dakı görüşündə qol səsi çıxmayıb.
Turun mərkəzi görüşü də bu gün keçirilib. Lider “Mançester Siti” ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edib. Çempionluğun bir addımlığında olan “şəhərlilər”, bunu məhz derbidə rəsmiləşdirə bilərdi. Belə ki, Xosep Qvardiolanın yetirmələri əzəli rəqibini məğlub etsəydi, mövsümün bitiminə 5 tur qalmış 5-ci çempionluğunu rəsmiləşdirəcəkdi. Lakin bu "mavi-ağlar"a qismət olmayıb. MS ilk hissədə 2:0 hesabıyla önə çıxsa da, bu üstünlüyünü matçın sonuna kimi qoruyub saxlaya bilməyib. İkinci hissədə 3 qol vuran "qırmızı şeytanlar" "şəhərlilər"in vaxtından öncə çempion olmaq arzusunun üzərindən xətt çəkib.
İngiltərə Premyer Liqası
33-cü tur
7 aprel
Everton – Liverpul 0:0
Bornmut – Kristal Pelas 2:2
Qol: Musse, 65. Kinq, 89 – Milivoyeviç, 47. Zaha, 75.
Brayton – Haddersfild 1:1
Qol: Lössl, 29-avtoqol – Munye, 33.
Lester – Nyukasl 1:2
Qol: Vardi, 83 – Şelvi, 18. Ayose Peres, 75.
Stok Siti – Tottenhem 1:2
Qol: Diuf, 57 – Eriksen, 52. Keyn, 63.
Uotford – Bernli 1:2
Qol: Pereyra, 61 – Vouks, 70. Tarkovski, 73.
Vest Bromviç – Suonsi 1:1
Qol: Rodriqes, 54 – Abraham, 75.
Mançester Siti – Mançester Yunayted 2:3
Qol: Kompani, 25. İlkay Gündoğan, 31 – Poqba, 53; 55. Smollinq, 69.
8 aprel
17:15 Arsenal – Sauthempton
19:30 Çelsi – Vest Hem
–
–
–