Əvəzedicilər
Ağabala Ramazanovun dublu “Qarabağ”a qələbə qazandırdı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici …
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 22-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Kəpəz” – “Keşlə” oyununda qapılara qol vurulmayıb.
“Qarabağ” isə “Səbail”lə ev oyunundan qələbə ilə ayrılıb.
Əvəzedicilərin çempionatı
22-ci tur
8 aprel
“Kəpəz” – “Keşlə” 0:0
Hakimlər: Nahid Xasıyev, Ruslan Nəsibov, Aydın Baxşıyev, Kərim Kərimov.
Yevlax şəhər stadionu, 15:00.
“Qarabağ” – “Səbail” 2:1
Qol: Ağabala Ramazanov, 13; 51 – Pərviz Qaraxanov, 28.
Hakimlər: Elgün Hüseynov, Rəşadət Cəfərov, Hüseynxəlil Orucoğlu, Xalid Quliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30
Turun digər oyunları sabah keçiriləcək: “Zirə” – “Qəbələ”, “Neftçi” – “Sumqayıt”.