Dünya futbolu
Super Liqa klubu fransız baş məşqçisini qovdu
Türkiyənin “Bursaspor” klubu baş məşqçisi …
Türkiyənin “Bursaspor” klubu baş məşqçisi Pol Le Quenlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son vaxtlar əldə edilən uğursuz nəticələrə görə fransız çalışdırıcı ilə əməkdaşlığa son qoyulub.
Le Queni köməkçisi Mustafa Erin əvəz edəcəyi bildirilir.
Xatırladaq ki, 54 yaşlı mütəxəssis ötən ildən Bursa təmsilçisinin “sükanı arxasında” idi. “Yaşıl-ağlar” onun rəhbərliyi altında Super Liqanın cari mövsümündə keçirdiyi 28 oyunda 33 xal toplayıb, 18 komanda arasında 13-cü pillədə qərarlaşıb. “Bursaspor” çempionatın son turunda evdə “Kasımpaşa”ya uduzub – 0:1.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”