Dünya futbolu
Mövsümü erkən başa vurdu – DÇ-ni də buraxa bilər
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiə&cc…
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Əmrə Can bu mövsüm bir daha meydana çıxa bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, Əmrə İngiltərə Premyer Liqasının 31-ci turunda “Uotford”la keçirilən oyunda zədələnmişdi. O, belindən zədə almışdı.
Yarımmüdafiəçinin zədəsi gözlənildiyindən ciddi olub. Əmrə bu mövsüm bir daha “Liverpul”a kömək edə bilməyəcək. Məlumatı komandanın baş məşqçisi Yurgen Klopp da təsdiqləyib.
Əmrənin “Liverpul”la qüvvədə olan müqaviləsi bu ilin yayında başa çatır. Onun “Yuventus”a keçəcəyi bildirilir. Almaniya yığmasının üzvü aldığı zədə səbəbindən böyük ehtimalla qarşıdakı dünya çempionatında da iştirak edə bilməyəcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə