Ölkə futbolu
Beqoviç: “Şehiç kimi qapıçıya sahib olmağımız yaxşı haldı”
Futbol üzrə Bosniya və Herseqovina yığmasının və İngiltə…
Futbol üzrə Bosniya və Herseqovina yığmasının və İngiltərənin “Bornmut” klubunun qapıçısı Asmir Beqoviç millidəki komanda yoldaşı, “Qarabağ”ın qolkiperi İbrahim Şehiç barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper İngiltərə mətbuatına açıqlamasında Şehiçlə rəqabətdən çəkinmədiyini deyib:
“Futbolda nədənsə qorxub çəkinsəydim, heç vaxt çətinliklərin öhdəsindən gələ bilməzdim. İbrahim Şehiç yığmanın son 2 oyununda yaxşı qapıçı olduğunu göstərdi. Hamımız Şehiçi əvvəldən də tanıyırdıq. Belə bir qapıçıya sahib olmağımız yaxşı haldı, çünki belədə komandada rəqabət yaranır. Bu cür vəziyyətdə hər bir qapıçı daha səylə və yaxşı çalışmağa məcbur olur. Özümə güvənirəm. Ustalıq keyfiyyətlərimə və işimə inanıram”.
Xatırladaq ki, Şehiç millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin başçılıq etdiyi Bosniya və Herseqovina yığmasının son 4 oyununda şans qazanıb, bu matçlarda qapısının toxunulmazlığını qoruyub saxlayıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı