Dünya futbolu
“Roma”nın prezidenti “Barsa” üzərində qələbəni belə “yudu” – VİDEO
“Roma”nın prezidenti Ceyms Pallotta Çempionlar Liq…
“Roma”nın prezidenti Ceyms Pallotta Çempionlar Liqasının 1/4 finalında “Barselona” üzərində qazanılan qələbəni böyük çılğınlıqla qeyd edib.
Futbolinfo.az xəbər verir ki, prezident qarşılaşmadan sonra Roma küçələrinə çıxıb. O, qələbəni azarkeşlərlə birgə qeyd edib.
Prezident o dərəcədə çılğın olub ki, paytaxt küçələrindəki fontanlardan birinə girərək, orda çimib.
“Roma” ilk görüşdə 1:4 hesabı ilə məğlub olduğu “Barsa”ya cavab qarşılaşmasında 3:0 hesabıyla qalib gələrək, yarımfinala adlayıb.
“Roma” 1983/84 mövsümündə ÇL-in finalına çıxmış və penalti seriyasında “Liverpul”a məğlub olmuşdu.