Dünya futbolu
Araz Abdullayev oynadı, komandası mübarizəni dayandırdı
Kipr kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçi…
Kipr kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" səfərdə "Apollon"la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşan “Anortosis” mübarizəni dayandırıb.
Araz meydana start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, bu görüşdə sarı vərəqə ilə də cəzalanıb.