Milli komanda
Millimiz FİFA reytinqində bir pillə irəlilədi
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reyt…
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda 1 pillə irəliləyib. Komandamız hazırda 245 (+2 xal) xalla hazırda 126-cı pillədə qərarlaşıb.
Avropa Millətlər Liqasında yığmamızla bir qrupda yer alan komandalara gəlincə, ən yaxşı göstərici Farer adalarına məxsusdu. Bu komanda üç pillə irəliləyib hazırda 364 xalla 94-cü yerdə qərarlaşıb. Kosovo böyük sıçrayışa imza atıb. Bu komanda 24 pillə irəliləyib və 164 xalla 152-ci yerdə qərar tutub. Malta isə əvvəlki mövqeyini qoruyub – 62 xalla 185-ci yer.
Millimizin yoxlama oyunu keçirməyə hazırlaşdığı komandalara gəlincə, 40 pillə irəliləyən Qırğızıstan 75-ci (424 xal), 8 pillə geriləyən Latviya isə 139-cudu (217 xal).
İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1533, 2 (2). Braziliya – 1384, 3 (5). Belçika – 1346, 4 (3). Portuqaliya – 1306, 5 (4). Argentina – 1254, 6 (8). İsveçrə – 1179, 7 (9). Fransa – 1166, 8 (6). İspaniya – 1162, 9 (10). Çili – 1146, 10 (7). Polşa – 1118.
Qonşu Türkiyə yığması 37-ci pillədə qərarlaşıb. Ötən ayla müqayisədə bir pillə irəliləyən “ay-ulduzlular”ın hesabında 714 xal var.
Bu ayın ən yaxşı göstəricisi 40 pillə irəliləyərək 75-ci sıraya yüksələn Qırğızıstana məxsusdu. Hansı ki, bu komanda ilə millimiz yoxlama görüşü keçirəcək. Ən pis göstəriciyə isə 23 pillə geriləyən Haiti imza atıb. Bu komanda hazırda 108-ci pillədədi.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini mayın 17-də açıqlayacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”