Premyer-liqa
“Qarabağ”la oyuna 2 itki ilə
Topaz Premyer Liqasının 23-cü turunda evdə “Qarabağ&rdq…
Topaz Premyer Liqasının 23-cü turunda evdə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı məşqlərini davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” görüşə itkilərlə hazırlaşır. Belə ki, sarı vərəqə limitini dolduran Samir Zərgərov və zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra Ağdam klubu ilə görüşdə komandaya kömək edə bilməyəcək. Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdı. Yarımmüdafiəçi kollektiv məşqlərdə iştirak edir.
“Kəpəz”in “Qarabağ”la oyun öncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”