Bizi izləyin

Ölkə futbolu

“Qəbələ”nin Qisməti

“Roma” və “Yuventus”un Çempionlar Liqa…

blank
“Roma” və “Yuventus”un Çempionlar Liqasında çıxardığı hoqqalardan sonra bir oyuna görə kiminsə üstündən xətt çəkmək olmur. Ona görə “Qəbələ”nin ölkə kubokunun ilk yarımfinal matçında evdə uduzması hələ onları hesabdan silinməsinə imkan vermir. Bakıdakı cavab görüşündə hər şey ola bilər. Stiven Monrozun son dəqiqələrdə vurduğu təsəlli qolu isə bitmiş intriqanı yenidən diriltdi.
 
“Neftçi” layiqli qələbə qazandı, haqqını yemək olmaz. Bakılılar daha istəkli oynadı, 2:1 hesabından daha yaxşı nəticəyə də layiq idilər. İddialı “Neftçi”nin işartıları görünməyə başlayıb, zamanla doğru islahatlara davam edilsə, yeni mövsümdə çempionluğa oynayan komanda da görə bilərik. Yeni rəhbərlik Mayk Kampas kimiləri yox, ən azı Soni Mustivar səviyyədə futbolçular alsa, klubdaxili birliyə nail olsa, hamı bir hədəfə köklənsə, azarkeşlərin titul həsrəti bitəcək, uğurlar davamlı olacaq.
 
Lakin o da var ki, dünənki oyunda məğlubiyyəti “Qəbələ” özü istədi. Tarixinin ilk tituluna bu qədər yaxın ikən klub ciddi böhrana düşüb, rəhbərliklə futbolçu-məşqçi heyəti arasında rabitə görünmür. Futbolçular qələbə ruhunu itirib, oyun intizamı pozulub, hamı mövsümün tezliklə bitməsini gözləyir. Ciddi qan dəyişikliyi olmasa, avrokuboklar biabırçı nəticələrlə yadda qalacaq.
 
“Qəbələ”nin məğlubiyyəti daha çox fərdi səhvlərin nəticəsi idi. Baqali Dabo, Vitali Vernidub və Dmitri Bezotosnının yoxluğunda zəif bəndlər daha rahat görünür. Hücum dişsiz, müdafiə etibarsız, Aqil Məmmədov isə oyun praktikasız… Roman Qriqorçuk boşluqları doldurmaq istərkən Təmkin Xəlilzadənin formada olmaması, Qismət Alıyevin inkişafdan dayandığı, Filip Ozobiçin xeyli gerilədiyi üzə çıxır və zəncirin qopmuş halqaları komandanın boynuna zövqsüz asılmış bahalı boyunbağıya dönür.
 
“Qəbələ”nin yerli cavanlarla bağlı ciddi problemi var. Akademiya “yarımfabrikatlar” buraxır, heyətə qoymağa düz-əməlli oyunçu qalmır. Bəlkə də “Zirə”yə göndərilən Sadiq Quliyev, “Sumqayıt”dakı Bəhlul Mustafazadə ilə Ehtiram Şahverdiyev bu gün komandaya kömək edə bilərdi, lakin bu, ehtimaldı. Yusif Nəbiyevə də ümid bəslənirdi, indi isə…
 
Hə, bir də Qismət Alıyev var. İlk qolda rəqibə məhsuldar ötüürmə verən, ikincidə hücumun qarşısını kəsə bilməyən, amma limit üzündən oynamağa məcbur biri. Yaşı lazımi həddi keçən kimi Elvin Camalovun yanında, ehtiyatda əyləşəcək. Hələliksə “Qəbələ”nin qisməti Qismətlə uduzmaqdı. Komandanın problemi bir oyunçu ilə bağlı deyil, sadəcə, qollardakı səhvlərinə görə o, ön plana çıxır.
 
Əyalət klubu mövsümü hələ ötən yay uğursuz transferlər edəndə, qışda onların bəzilərini səviyyəsizliklərinə, bəzilərini büdcəyə qənaət etmək üçün göndərəndə uduzub. Son illər zərgər dəqiqliyi ilə çalışan işçilər baxımsızlıqdan xarab olan mühərrikin işlək olmayan detallarına çevriliblər. Hər şey var, heç nə yoxdu…
 
Qriqorçukun Bakıda cütün taleyini dəyişmək imkanı var. Amma bunun üçün azı 2 qol vurulmalıdı. “Neftçi” isə uduzmağı çoxdan tərgidib. “Qəbələ”nin köməyinə yalnız 2 cəbhədə oynayan rəqibin yorğunluğu gələ bilər. Çünki bakılılar çempionatda da güc qoymağa məcburdu, avrokuboklara vəsiqənin taleyini təkcə kuboka buraxmaq olmaz. 2-ci pillədə möhkəmləndiyindən futbolçularına istirahət verməyə imkanı olan “qırmızı-qaralar”dan fərqli olaraq, “Neftçi” 2 gündən sonra “Zirə” ilə səfər matçında qələbə qazanmağa məhkumdu.
 
Bəli, dünən “Qəbələ” ruhsuz, dişsiz idi, cavab matçında isə hər cür sürpriz mümkündü. Neftçi“ finala bir addım yaxındı, lakin hələ finalda deyil…
 
AĞA
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:15

“Neftçi”dən “Araz-Naxçıvan”a 2-ci qol – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm