Ölkə futbolu
ÇL-də yarımfinalın püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələs…
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, yarımfinalın iştirakçıları – “Liverpul” (İngiltərə), “Real” (İspaniya), “Roma” (İtaliya) və “Bavariya” (Almaniya) finala gedən yolda rəqiblərini tanıyıblar. Bütün komandalar bir-birinə rəqib ola bilərdilər.
İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində “Bavariya” “Real”la, “Roma” isə “Liverpul”la düşüb.
Yarımfinal mərhələsinin ilk oyunları aprelin 24-25-də, cavab qarşılaşmaları isə mayın 1-2-də keçiriləcək. Çempionlar Liqasının cari mövsümünün final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevin “Olimpiyski” stadionunda baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal
“Bavariya” (Almaniya) – “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya)
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”