Ölkə futbolu
“Neftçi” üçün son beşilliyin rekordunun təkrarı
Azərbaycan kubokunun “Qəbələ” ilə səfərdəki yarım…
Azərbaycan kubokunun “Qəbələ” ilə səfərdəki yarımfinal oyununda 2:1 hesabı ilə qalib gələn “Neftçi” məğlubiyyətsizlik seriyasını 7-yə çatdırıb.
Futbolinfo.az “Apasport”a istinadən xəbər verir ki, 6-sı Topaz Premyer Liqası, 1-i ölkə kubokuna təsadüf edən bu qarşılaşmalarda Tərlan Əhmədovun yetirmələri 4 qələbə qazanıb, 3 heç-heçə edib.
Paytaxt təmsilçisi sonuncu dəfə fevralın 17-də “Sumqayıt”la çempionat matçında uduzub – 0:2. Ardınca “Zirə” ilə sülh bağlayan (1:1) bakılılar “Qəbələ”ni 2:1, “Keşlə”ni 3:2 hesabı ilə yenib. “Qarabağ”la qolsuz bərabərlikdən sonra isə “Neftçi” hər matçda 2 qol vurub. “Səbail”i 2:0 hesabı ilə udub, “Sumqayıt”la sülhə (2:2) imza atan Əhmədovun komandası kubokda da “Qəbələ”ni yenib.
Bütün turnirləri əhatə edən 7 oyunluq məğlubiyyətsizlik seriyası “Neftçi” üçün son beşilliyin rekordunun təkrarıdı. Bakılıların bundan yaxşı göstəricisinə sonuncu dəfə 2012-ci ilin dekabrından 2013-cü ilin aprelinədək olan dövrdə təsadüf olunmuşdu. Onda hələ prezidenti Sadıq Sadıqov olan komanda 12 görüşdə uduzmamışdı. Bu, “Neftçi”nin çempion tituluna sevindiyi son mövsümə təsadüf etmişdi.
Sonrakı 5 ildə üç dəfə məğlubiyyətsizliyini 7-yə çatdırsa da, bu rəqəmi keçə bilməyib. 2013-cü ilin aprel-may, 2014-cü ilin mart-aprel aylarında qeydə alınan seriyalar zamanı 5 qələbə və 2 heç-heçə qeydə alınıb. 2016-cı ilin aprel-may aylarında da 7 oyundan ibarət seriya yaşanıb ki, bu zaman “ağ-qaralar” 3 dəfə qalib gəlib, 4 bərabərliklə barışıb.
Topaz Premyer Liqasının 23-cü turunda indiyədək heç vaxt yenmədiyi “Zirə” ilə üz-üzə gələcək ölkənin ən titullu komandası özü üçün beşilliyin mütləq rekorduna imza ata bilər. Bunun üçün Əhmədov və komandası Zirədən də xalla dönməlidi.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı