Ölkə futbolu
Gəncə stadionundakı “lazımsız şey”
İki il əvvəl “Dalğa Arena”dan sökülən s&uum…
İki il əvvəl “Dalğa Arena”dan sökülən süni örtük hələ də istifadəsizdi.
Bunun Gəncə şəhər stadionundakı əlavə meydançalara döşənəcəyi deyilsə də, real iş yoxdu. Qazon hazırda stadionun ərazisində lazımsızmış kimi necə gəldi, qoyulub. Belə vəziyyətin isə örtüyün keyfiyyətinə təsir edəcəyinə şübhə yoxdu.
Keçən ilin aprelində artıq işlərin başlanacağı, köməkçi meydançaların təmir ediləcəyi deyilmişdi. Artıq bir il keçib və belə görünür ki, yenə bir müddət gözləmək lazım olacaq.
Sevindirici məqam odu ki, nəhayət, bununla bağlı işlər başlanıb. Klubdan məsələ ilə bağlı maraqlandığımızda bildirdilər ki, artıq əlavə meydançaların təmiri prosesinə start verilib. Dünən oyun günü olduğu üçün hər hansı hərəkətlilik görməməyimiz də bununla bağlı olub. Ancaq işlərin nə zamana yekunlaşacağı hələ bilinmir. (Futbolpress.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza